11 C
Baku
Monday, November 25, 2024

Binalarda sakinlərdən xidmət haqlarının nağdsız qaydada toplanması nəzərdə tutulur

Mənzil-Tikinti Kooperativlərinin binalarda sakinlərdən xidmət haqlarını nağdsız qaydada toplaması barədə qanun layihəsi hazırlanıb

Bunu Milli Məclisin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.

Nazir müavini bildirib ki, Mənzil-Tikinti Kooperativlərində nağdsız hesablaşmaların tətbiqi ilə bağlı qanun layihəsi hazırda hazırlanıb və dövlət qurumlarına təqdim edilib.

Qeyd edək ki, bu gün deputat Emin Hacıyev Mənzil-Tikinti Kooperativlərinin binalarda sakinlərdən xidmət haqlarını nağdsız qaydada toplamasını təklif edilib.

Deputat deyib ki, bu sahədə kifayət qədər vəsait dövr edir: “Bu vəsait nağdsız qaydada xərclənərsə, bu sahəyə daha çox işçi heyətinin cəlb edilməsinə, nəticədə məşğulluğun artmasına nail ola bilərik. Bunun üçün bank hesabı açıla bilər. Bu vəsaitlər bank hesabına daxil olarsa, təyinatı üzrə xərclənməsi də təmin edilə bilər”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər