Payız-qış mövsümü başlayıb. İlin soyuq aylarında əhali mənzillərin isidilməsində təbii qazdan daha çox istifadə edir. Ölkəmizdə təbii qazın verilməsində qiymətlər üzrə limit müəyyənləşib. Yəni əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün bir tarif, digər 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün başqa tariflər müəyyənləşdirilib.
Hazırda əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsinin qiyməti 12 qəpikdən hesablanır. 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün isə müvafiq olaraq 20 və 25 qəpik müəyyən edilib.
Vətəndaşların bəziləri təbii qazın aşağı tariflə, yəni hər kubmetrə görə 12 qəpik ödənilən həcmini aşdıqlarını bildirirlər.
Qaz limitləri ilə bağlı son statistika necədir? “Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdir Eldəniz Vəliyev rəqəmləri təqdim edib:
“2023-cü ilin yanvar-sentyabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 1 537 336 abonent 12 qəpik tarifilə (ümumi abonentlərin 61,0 %), 874 420 abonent 20 qəpik tarifilə (ümumi abonentləin 34,7 %) və 108 449 abonent 25 qəpik tarifilə (ümumi abonentləin 4,3 %) qazdan istifadə edib”.