Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs nizamnamə fondununun azaldılaraq 836501.50 AZN məbləğində müəyyən edildiyini elan edir.
Banker.az xəbər verir ki, kreditorlar bir ay ərzində tələbini Bakı şəhəri Binəqədi rayonu, Hacı-Həsən ŞTQ, Xocahəsən qəsəbəsi ev 3 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin fəaliyyətinin təşkili məqsədilə onları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada zəruri iş, xidmət, mal-material və digər ləvazimatla təmin etmək üçün Səhiyyə Nazirliyinin tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” əmlakı ilə birlikdə TƏBİB-in tabeliyinə verilib.