Bilmək istəyirəm ki, 1006209600 mal koduna aid dən pərdəsi təmizlənmiş düyü (pardaxlanmamış) kənd təsərrüfatı məhsulu kimi qəbul edilirmi? Həmin mal ƏDV-yə cəlb olunurmu?
Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2014-cü il yanvarın 1-dən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri gəlir və mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır və istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.
Sorğunuzda qeyd olunan təmizlənmiş düyü kənd təsərrüfatı məhsulu hesab olunmadığı və emal sənayesi məhsulu hesab olunduğu üçün, təqdim olunması ümumi qaydada vergiyə cəlb edilir.
Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 102.1.11-ci, 106.1.14-cü, 159-cu, 164.1.18-ci, 164.1.37-ci, 199.9-cu, 218-1-ci maddələri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 31 oktyabr 2018-ci il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”.