AZAL dekabr ayının 19-dan Bakıdan Pekinə uçuşlara başlayır.
Banker.az xəbər verir ki, Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.
Qeyd edək ki, Çinə hava yolu ilə səyahət etməzdən əvvəl sağlamlıq anketini doldurmaq və əldə olunan QR-kodu mobil cihazda saxlamaq zəruridir. Bu QR-kodun olması həm Bakıda, həm də Pekində uçuşa minmək üçün mütləq şərtdir.