2023-cü ilin ilk 9 ayında Azərbaycan əhalisinin nominal gəlirləri 58 milyard 18.3 milyon manat təşkil edib.
Bunu Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da illik müqayisədə 13.8 faiz artımdır.
Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 5 717.2 manat təşkil etməklə illik müqayisədə 13.1 faiz artıb.
Qeyd edək ki, 2023-cü ilin ilk 9 ayında illik inflyasiya 10.9% təşkil edib. Ərzaq inflyasiyası isə 12.4% olub.