13 C
Baku
Friday, November 22, 2024

“Ziraat Bank Azərbaycan” 6 milyon manatdan çox mənfəət edib

“Ziraat Bank Azərbaycan” ASC 2023-cü ilin III rübünü 6 milyon 414 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 6 milyon 181 min manat təşkil edib ki, bu da illik müqayisədə 4% artım deməkdir.

Banker.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-sentyabr aylarında “Ziraat Bank Azərbaycan”ın gəlirləri 42 milyon 199 min manat (illik müqayisədə 43% çox), xərcləri 24 milyon 177 min manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Ziraat Bank Azərbaycan”ın aktivləri 711 milyon 727 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 35% çoxdur. Bunun 357 milyon 882 min manatı müştərilərə verilmiş kreditlərdir.

Son xəbərlər
Digər xəbərlər