HAMAS-ın İsrailə hücum ideyası İranda formalaşıb.
Bunu İsrailin müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostinin ölkəsinə səfəri çərçivəsində görüşündən sonra təşkil edilən brifinq zamanı deyib.
Qalant İran, Hizbullah və HAMAS-ı şər qüvvələr adlandırıb.
Nazirin sözlərinə görə, İran tərəfinin HAMAS radikal qruplaşmasına İsrailə hücumun həyata keçirilməsi üçün icazə verib-verməməsindən asılı olmayaraq, bu ideyanın özü İranda formalaşıb.
O qeyd edib ki, HAMAS-ın bütün addımları, hərəkətləri İrandan idarə olunur, bu ölkədən pul göndərilir və qərarlar qəbul edilir, icazələr verilir.