2024-cü ildə Azərbaycanda dövlət büdcəsində tikinti və şəhərsalma xərcləri azaldılır.
Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Layihəyə əsasən gələn il tikinti və şəhərsalma xərcləri 6 309 440 300 manat təşkil edəcək. Bu göstərici 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 15.5% və ya 1,152,529,700 manat azdır.
Qeyd edək ki, 2023-cü ilin təsdiq edilmiş dövlət büdcəsində tikinti və şəhərsalma xərcləri 7 461 970 000 manat proqnozlaşdırılıb.