®”Rabitəbank” ASC “15 ədəd (tək pc) kompüter alışı” ilə bağlı tender elan edir.
Tenderin şərtləri:
Marka (PC) | Texniki göstəricilər (PC) | Say | Çatdırılma müddəti |
HP/Lenovo | CPU i5, Gen 12, SSD 512GB, Ram 16GB. | 15 | 3 gün |
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər əlavə suallarla bağlı ([email protected]) elektron ünvanına və ya (+99450 270 72 20) nömrəsinə müraciət edə bilərlər.
Təkliflərinizi imza və möhürlü şəkildə qapalı zərfə yerləşdirdikdən sonra zərfin üzərini möhürləyərək, aidiyyatı tenderin adını qeyd edib 23.10.2023-cü il tarixi, saat 12:00-a kimi “Rabitəbank” ASC-nin Baş ofisinə (Satınalma şöbəsinin adına) Bakı şəh., 28 May küç.33, AZ1010 ünvanına göndərməyiniz xahiş olunur.