Şərur və Babək şəhərlərində vergi ödəyicilərinə xidmət mərkəzlərinin tikintisinə başlanılıb.
Banker.az xəbər verir ki, bu mərkəzlərdə bölgədə fəaliyyət göstərən vergi ödəyicilərinə vergi sahəsində bütün xidmətlər təqdim ediləcək və onların vergi məsələlərinin həllinə dəstək göstəriləcək.
Qeyd edək ki, cari ilin may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində Naxçıvan şəhərində ilk belə xidmət mərkəzi sahibkarların və vətəndaşların istifadəsinə verilib.