9 C
Baku
Thursday, December 12, 2024

Vergi və maliyyə xidmətləri şöbəsinin rəhbəri (Baş mühasib) – BERC Group

0
Vergi və maliyyə xidmətləri şöbəsinin rəhbəri (Baş mühasib) – BERC Group
24.10.2023

Vakansiyanın təsviri

  • Mühasibat və vergi uçotu qaydalarını rəhbər tutaraq uçotun aparılmasını təşkil etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (1C proqramında) düzgün əks etdirilməsinə nəzarət edilməsi;
  • Vergi, statistika və DSMF hesabatlarının hazırlanması və təqdim edilməsinə nəzarət edilməsi;
  • Bəyannamələrin hazırlanması və təqdim edilməsinə nəzarət edilməsi;
  • Xidmət göstərilən müştərilərlə işin təşkili və idarə edilməsi;
  • Bank əməliyyatının avtorizasiyası, qaimə və hesab-fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsinə nəzarətin həyata keçirilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Xidmət göstərilən müştərilərlə cari və növbədənkənar görüşlərin keçirilməsi;
  • Xidmət olunan müştərilərin vergi orqanlarında təmsil edilməsi;
  • Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflərin verilməsi;
  • Rəhbərlik etdiyi şöbənin işinin effektiv təşkil edilməsi;
  • BERC şirkətlər qrupu sizə nə vəd edir? Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi;
  • Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı ;
  • Rəqabət qabiliyyətli əmək haqqı;
  • Korporativ nömrə və danışıq paketi;

Xüsusi tələblər

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
  • Analoji sahə üzrə minimum 3 il rəhbərlik təcrübəsinin olması; (konsaltinq təcrübəsi üstünlükdür) ;
  • 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
  • Mühasibatlıq sahəsində beynəxalq sertifikatların olması üstünlükdür.
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
  • Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrini bilmək;
  • Elektron portallarda işləmək bacarığının olması (ƏMAS, e-sosial, e-taxes, e-gov və e-customs) ;
  • Azərbaycan dili mükəmməl, xarici dil biliklərinin (ingilis, rus) olması üstünlükdür.
  • Komanda ruhlu olmalı;
  • Öyrənməyə həvəsli, aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
  • Analitik təhlil və araşdırma bacarığına sahib olmalı;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına sahib olmalı;
  • Öyrətmə və izah etmək bacarığına sahib olmalı;
  • Problemləri həll etmə bacarığı olmalı;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
  • Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Mühasib