“Maxim” xidmətinin mütəxəssisləri statistikanı analiz edərək, taksi sifarişi tətbiqi istifadəçisinin cinsini, yaşını və smartfonunun əməliyyat sistemini müəyyənləşdiriblər.
Aydın olub ki, Azərbaycanda kişilər qadınlardan 3 dəfə çox taksi çağırırlar. Şirkət tətbiqinin kişi istifadəçilərinin payına ümumi saydan 76% düşüb. Qadınlarsa istifadəçilərin 24%-ni təşkil edir.
Smartfonların əməliyyat sistemlərinə gəlincə, 86% halda taksi sifarişi tətbiqini Android-ə yükləyirlər. iOS-un payına 14% düşür. Beləliklə də, Android Aplle-in əməliyyat sistemindən 6 dəfə çox populyardır.
Taksi sərnişinləri arasında ən populyar smartfon brendi Cənubi Koreyanın Samsung şirkətidir: bu qurğu sahibləri ümumi sayın 42%-ni təşkil edir. İkinci yerdə 40%-lə Çinin Xiaomi brendi gəlir. Üçüncü yeri 8%-lə Amerikanın Aplle korporasiyası tutur.