8 C
Baku
Friday, December 13, 2024

Avropa Komissiyası Ukraynaya daha 1.5 mlrd. avro ayırıb

Avropa Komissiyası (AK) Ukraynanın infrastrukturunun bərpası üçün Ukraynaya 1.5 milyard avro məbləğində daha bir tranş ayrıldığını açıqlayıb. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen məlumat verib.

“Avropa Komissiyası Ukraynaya 1.5 milyard avroluq makromaliyyə yardımı köçürüb. Ukraynaya yardımımızın həcmi 83 milyard avroya çatıb, biz Ukraynanın tərəfində hərəkət etməyə davam edəcəyik və 2027-ci ilə qədər daha 50 milyard avro ayıracağıq”, – mesajda deyilir.

Ukraynaya makromaliyyə yardımının ayrılması 2022-ci ilin dekabrında razılaşdırılıb. Proqram çərçivəsində Kiyevə hər ay 1.5 milyard avro göndərilir. AK-nın izah etdiyi kimi, vəsait güzəştli kreditlər şəklində verilir ki, onların ödənilməsi üçün Ukrayna hakimiyyətinə 2033-cü ildən başlayaraq 35 il vaxt verilir.

2023-cü ilin iyul ayının sonunda Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Josep Borrell Ukraynaya silah tədarükünü artırmaq üçün Avropa Sülh Fondunun resurslarının genişləndirilməsi planını Aİ xarici işlər nazirlərinin müzakirəsinə təqdim edəcəyinə söz verib.

Son xəbərlər
Digər xəbərlər