Hazırda növbəti büdcə paketi müzakirə edilir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
“Bu büdcə paketi çərçivəsində müxtəlif sosial proqramlar nəzərdə tutulub. Burada ünvanlı sosial yardım, pensiyalarla bağlı məsələlər nəzərdə tutulub. Amma yekun qərar büdcə təsdiq edildikdən sonra məlum olacaq”, – deyə nazir əlavə edib.