Mərkəzi Bankda ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə növbəti dəfə görüş keçirilib.
Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov məlumat verib.
Bildirilib ki, görüş zamanı bank sektoru üzrə cari ilin 3-cü rübünün nəticələri müzakirə olunub.
“Həmçinin son dövrlərdə qlobal meyillərin və çağırışların maliyyə-bank sektoruna təsirini nəzərdən keçirdik. Eləcə də ölkədə makroiqtisadi sabitliyinin təmin edilməsi və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışdıq”, – deyə baş bankir bildirib.