23 C
Baku
Saturday, October 4, 2025

Nikoil Bank açıqlama verdi

Bu gün bəzi media resurslarının Nikoil Bankın müflis olmaq barədə məlumat paylaşmışdırlar. Bank rəsmilərinin həmən saytlara  bu iddiaların hansı faktlar əsasında formalaşması sualına saytlar heç bir fakt ortaya qoya bilməmişdirlər. Bu məsələ ilə bağlı olaraq Nikoil Bank rəsmi açıqlama vermişdir və bankın vəziyyətinin qənaətbəxş olduğunu bildirmişdirlər və narahatçılığa heç bir səbəbin olmamasını bildirmişdirlər. Müraciət aşağıdakı formadadır:

14 noyabr 2015 –ci il tarixində saytlarda““Nikoil” bank iflasın astanasında: Müştərilər pullarını istəyir, bankın isə pulu yoxdur…” adı altında dərc olunan yazıya cavab olaraq bildirmək istəyirik ki, dünyada iqtisadiyyatında baş verən böhrana baxmayaraq  ölkə rəhbəri Cənab İlham Əliyevin Respublikada keçirdiyi düzgün islahatlarla bağlı olaraq ölkə iqtisadiyyatında böhran hiss olunmamış və bu sahə dinamik tempi ilə inkişaf edir. Bunun bariz nümunəsi olaraq qeyd edı bilərik ki, Nikoyl Bank ölkənin bank sektorunda öz stabil inkişafını qoruyub saxlayır və deyilənlərin əksinə olaraq ildən ilə inkişaf strategiyası qurur. Nikoyl Bankın nağd pul vəsaitləri ilə heç bir çatışmamazlığı yoxdur. İlin yekununa hazırlaşmaqla yanaşı Nikoyl Bank növbəti illər üçün strateji inkişaf yolunda öz fəaliyyətini uğurla  qurmaqda davam edir.  Nikoyl Bank müştəri itkisi ilə deyil əksinə ölkədən və xarici ölkə vətəndaşlarından depozitlər qəbul edir və bütün bank xidmətlərini müştərilərə göstərilməsində heç bir məhdudiyyət müşahidə olunmur.  Əlavə olaraq bildiririk ki, sözügedən yazılar ölkədə iqtisadi inkişafı ləkələmək  və əhalidə əsassız ajiotajın yaradılması, eləcədə Bankın işgüzar nüfuzuna xələl yetirmək xarakteri daşıyır.  Yuxarıda qeyd olunanları nəzərə alaraq heç bir hüquqi əsası olmayan yazının təkzib olunmasını Sizdən xahiş edirik və məsələ müsbət həll olunmadığı tədqirdə  əsassız yazı nəticəsində vurulan zərər maddi və mənəvi təbləblə hüquq müstəvisində mübahisələndiriləcəkdir.

Banker.az bu tip məlumatların saytlar tərəfindən yayımlanmasına müsbət yanaşmır. Bu nə etik baxımdan , nədə risklərin idarə edilməsi baxımdan düzgün addım hesab etmirik. Bank sistemi çox həssas bir sistemdir və hansısa normal vəziyyətdə olan bankı belə bir məsuliyyətsiz iddialarla çox çətin bir duruma salmaq mümkündür. Çünki , əmanəti bankda olan hər bir oxucu normal vəziyyətdə bankın vəziyyətinin ağır olduğunu düşünüb əmanətini çəkməyə çalışacaq- bu yükə nə Azərbaycanda heç bir bank, nədə dünyanın bir çox , hətta güclü bankları tab gətirə bilməz – bank sisteminin mənti məhz resursların zamanında geri qaytarılmasını nəzərdə tutur.

Odurki , həm kolleqalarımızı həmçinində oxucularımızı bu tip həssas məsələlərə tolerant yanaşmağı tövsiyyə edirik.

Son xəbərlər
Digər xəbərlər