1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda mobil operatorun 740 min manat vergi borcu var

Naxçıvan MR-in mobil operatoru olan “Naxtel” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Naxtel” MMC-nin vergi borcu 739 668.79 manatdır. Bu vergi borcu 29.10.2023-cü il tarixinə olan məlumatdır.

Qeyd edək ki, “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti 2015-ci ildə Naxçıvan şəhərində təsis olunub. ”Naxtel” 4-cü nəsil GSM + LTE operatorudur. Öz nizamnaməsi və Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən verilmiş 7 sentyabr 2015-ci il tarixli 0001503 nömrəli lisenziya əsasında fəaliyyət göstərir.

 

Son xəbərlər
Digər xəbərlər