13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda ünvanlı sosial yardımın məbləği 10% artırılır

Azərbaycanda 2024-cü ildə ünvanlı sosial yardımın məbləği 270 manat olacaq.

Bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 24 manat və yaxud 9.8% çoxdur.

Ünvanlı sosial yardıma paralel olaraq ehtiyac meyarı da eyni məbləğdə artırılaraq 270 manata çatdırılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər