12 C
Baku
Monday, November 25, 2024

İnvestisiya Holdinqinin nəzarətində olan “Azərsığorta” zərərdən yaxa qurtara bilməyib

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) 2022-ci il 2 milyon 302 min manat xalis mənfəət ilə başa vurub. Əvvəlki il sığorta şirkəti 29 milyon 353 min manat zərər etmişdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

2022-ci ilin sonunda “Azərsığorta” 22 milyon 536 min manat yığılmış zərərə malik olub. İlin əvvəlinə sığorta şirkətinin 25 milyon 279 min manat yığılmış zərəri var idi.

Hesabat dövründə “Azərsığorta”nın cəmi aktivləri 15 milyon 848 min manat olub ki, bu da illik müqayisədə 54% azalma deməkdir. 2023-cü il yanvar ayının 1-nə şirkətin cəmi öhdəlikləri 24 milyon 742 min manat təşkil edib. Öhdəliklərinin 23 milyon 209 min manatı qeyri-həyat sığortası sahəsi üzrədir. (əvvəlki ilə nisbətən 47% az)

Sığorta şirkətinin ötən il kapital çatışmazlığı (yəni, mənfi) isə 8 milyon 894 min manata bərabər olub. Belə ki, kapitalındakı kəsir 2 milyon 399 min manat azalıb.

Xatırladaq ki, “Azərsığorta” 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir. Onun nizamnamə kapitalı 9 milyon manatdır.

 

Son xəbərlər
Digər xəbərlər