Amerikanın “US News & World Report” jurnalı ən güclü silahlı qüvvələrə sahib ölkələrin reytinqini açıqlayıb.
Reytinqin ilk pilləsində Rusiya qərarlaşıb.
İkinci pillədə ABŞ, üçüncüdə isə Çin yer alıb. Eyni zamanda, ən güclü orduya sahib ölkələrin siyahısına İsrail, Cənubi Koreya, Ukrayna, İran, Böyük Britaniya, Almaniya və Türkiyə də daxil olub.
Jurnalın məlumatına görə, sözügedən reytinq qlobal sorğu əsasında təşkil edilib.