1 C
Baku
Saturday, December 14, 2024

“Bakı Sığorta”nın səhmdarları növbədənkənar toplaşır

30 noyabr 2023-cü il saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 120 ünvanında yerləşən “Bakı Sığorta” ASC-nin Baş ofisində cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

“İclasın gündəliyi, əlavə məlumat, o cümlədən yığıncağın gündəliyi üzrə materiallarla tanış olmaq üçün “Bakı Sığorta” ASC-yə (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 120 ünvanında yerləşən inzibati binanın 6-cı mərtəbəsində), həmçinin 969 telefon nömrəsi vasitəsilə müraciət etmək olar”- deyə, rəhbərliyin açıqlamasında deyilir.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8.925 milyon manatdır.

Səhmdarlar bunlardır:

  • 51.29% – Bank Respublika
    19.76% – Toyota Absheron Center Şirkəti
    6.97% – Murad Rəhimov
    6.93% – Behbud Nəcəfov
    6.84% – Yeni Motor Şirkəti
    6.68% – Ekolizinq Şirkəti
    1.53% – Diamond Motors Şirkəti
Son xəbərlər
Digər xəbərlər