17 C
Baku
Thursday, October 31, 2024

Mərkəzi Bankın İdarə Heyətindən kapital bazarları ilə bağlı yeni qayda

Mərkəzi Bankın İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli – cü il tarixli Qərarı ilə “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası” (Qayda) təsdiq edilmiş və 31 oktyabr 2023- cü il tarixindən qüvvəyə minib.

Bu barədə məluma Banker.az-a AMB-dən daxil olub.

Qaydalar beynəlxalq maliyyə təşkilatlarının rəyləri nəzərə alınmaqla hazırlanmış və bu təşkilatlar tərəfindən yerli bazarda qiymətli kağız buraxılışları üzrə qeydiyyat prosedurlarını, məlumatların açıqlanması habelə qiymətli kağızların yerləşdirilməsi və buraxılış şərtlərində dəyişiklik edilməsi kimi tələbləri müəyyən edir.

Qaydanın tətbiqi ilə beynəlxalq təşkilatlar tərəfindən yerli bazarda qiymətli kağız buraxılışının artacağı, Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dəstək olacağı, kiçik və orta bizneslərin uzunmüddətli ucuz maliyyə resurslarına çıxış imkanını təmin ediləcəyi və qiymətli kağızlar bazarında ticarət olunan likvid alətlərin çeşidinin genişlənəcəyi gözlənilir.

Qaydalarla aşağıdakı link vasitəsilə tanış olmaq olar:

Qaydalar

 

Son xəbərlər
Digər xəbərlər