Nazirlər Kabineti “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda dəyişiklik edib.
Banker.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Dəyişiklik ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) ümumi təhsil pilləsində tədris olunan fənlərə uyğunluğu ilə bağlıdır.
Dəyişikliyə əsasən, 2010/2011-ci tədris ilinədək 59 ixtisas üzrə ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunanlar pedaqoji təhsilə malik olan şəxslər hesab edilirlər.
Eyni zamanda, Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı” qüvvəyə minənədək mütəxəssis hazırlığı aparılmış ixtisaslar (proqramlar) nəzərdə tutulur.
Sıra
№-si |
İxtisasların (proqramların) adı |
İxtisasın uyğun gəldiyi ümumtəhsil fənni |
1 | 2 | 3 |
1. | Filologiya (dil və ədəbiyyat göstərilməklə)* | dil və ədəbiyyat |
2. | Tarix* | tarix |
3. | Coğrafiya* | coğrafiya |
4. | Riyaziyyat* | riyaziyyat |
5. | Kimya mühəndisliyi | kimya |
6. | Biologiya* | biologiya |
7. | Tətbiqi biologiya** | biologiya |
8. | Kimya* | kimya |
9. | Tətbiqi kimya** | kimya |
10. | Mexanika | fizika |
11. | Fizika* | fizika |
12. | Tətbiqi fizika** | fizika |
13. | Tətbiqi riyaziyyat** | informatika |
14. | İnformatika** | informatika |
15. | Kompüter elmləri | informatika |
16. | Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi** | informatika |
17. | Kompüter mühəndisliyi | informatika |
18. | İnformasiya təhlükəsizliyi | informatika |
19. | Texniki sistemlərdə idarəetmə və informatika** | informatika |
20. |
Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı** |
informatika |
21. | İnformasiya texnologiyaları və
sistemləri mühəndisliyi** |
informatika |
22. |
Hesablama maşınları kompleksləri, sistemləri və
şəbəkələri** |
informatika |
23. |
İnformasiya emalının və idarəetmənin avtomatlaşdırılmış
sistemləri** |
informatika |
24. | Avtomatlaşdırılmış layihə sistemləri** | informatika |
25. |
Hesablama texnikasının və
avtomatik sistemlərin proqram təminatı** |
informatika |
26. | İnformasiya texnologiyaları | informatika |
27. | Sistem mühəndisliyi** | informatika |
28. | Bədən tərbiyəsi və idmanda reabilitasiya | fiziki tərbiyə |
29. | Bədən tərbiyəsi və idman** | fiziki tərbiyə |
30. | Məşqçi (idman növü üzrə)** | fiziki tərbiyə |
31. | İnstrumental ifaçılıq** | musiqi |
32. | İnstrumental ifaçılıq (sahələr üzrə) | musiqi |
33. | Solo oxuma** | musiqi |
34. | Dirijorluq** | musiqi |
35. | Dirijorluq (sahələr üzrə) | musiqi |
36. | Bəstəkarlıq | musiqi |
37. | Musiqişünaslıq | musiqi |
38. | Estrada sənəti** | musiqi |
39. | Xalq çalğı alətləri ifaçılığı** | musiqi |
40. | Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri** | musiqi |
41. | Vokal sənəti (sahələr üzrə) | musiqi |
42. | Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə) | musiqi |
43. | Xor dirijoru** | musiqi |
44. |
İnstrumental ifaçılığı, orkestr
alətləri, Azərbaycan xalq çalğı alətləri** |
musiqi |
45. | Dekorativ sənət** | təsviri incəsənət |
46. | Dekorativ-tətbiqi sənət (sahələr üzrə) | təsviri incəsənət |
47. | Dekorativ-tətbiqi incəsənət və xalq sənəti (sahələr üzrə)** | təsviri incəsənət |
48. | Rəngkarlıq | təsviri incəsənət |
49. | Qrafika | təsviri incəsənət |
50. | Monumental-dekorativ sənət** | təsviri incəsənət |
51. | Kompozisiya** | təsviri incəsənət |
52. | Rəssamlıq** | təsviri incəsənət |
53. | Dizayn** | təsviri incəsənət |
54. | Dizayn (sahələr üzrə) | təsviri incəsənət |
55. | Dizayner-rəssam** | təsviri incəsənət |
56. | Heykəltəraşlıq | təsviri incəsənət |
57. | Xalçaçı-rəssam** | təsviri incəsənət |
58. | Modelyer-rəssam** | təsviri incəsənət |
59. | Memarlıq | təsviri incəsənət |