11 C
Baku
Monday, November 25, 2024

Kazımov: Ərzaq inflyasiyası 4.5%, qeyri-ərzaq inflyasiyası 5.9% olub

Ümumilikdə 10 ayda strateji valyuta ehtiyatlarımız 13.2.% artıb.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

 

AMB sədri bildirib ki, 2023-cü ilin sonuna kimi ÜDM-nin 1.5% artımı proqnozlaşdırılır: “Ərzaq inflyasiyası 4.5%, qeyri-ərzaq inflyasiyası 5.9% olub. İllik baza inflyasiya sentyabrda azalıb. Mərkəzi Bank səlahiyyəti çərçivəsində inflyasiyanı azaltmağa çalışıb”.

Taleh Kazımov qeyd edib ki, ümumilikdə, Mərkəzi Bankın sterilizasiya portfelinin həcmi (manatla məcburi ehtiyatlar və sterilizasiya yönlü daimi imkan aləti daxil olmaqla) yeni pul siyasəti çərçivəsi işə düşəndən bəri (2022-ci il sentyabrın əvvəli) 3.9 mlrd. manat artaraq 6.4 mlrd. manata çatıb. 10 ay ərzində banklar arasında milli valyutada həm təminatsız, həm də təminatlı pul bazarında bağlanan əqdlərin orta çəkili faiz dərəcələri faiz dəhlizinin dəyişiminə reaksiya verib: “Böyük nailiyyət kimi ilk dəfə ölkədə banklararası REPO faizlərinin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət etməsini qeyd etmək olar. Belə ki, oktyabr ayında 1 həftəlik banklararası REPO faizi (1W AINAIB) 8.38% olmaqla faiz dəhlizinin daxilində formalaşıb”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər