Naxçıvan Mustar Respublikasında, demək olar ki, heç bir zavod-fabrik fəaliyyət göstərmir, bölgədə işsizlik sürətlə artır.
Bunu deputat Fazil Mustafa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında bildirib.
“Muxtar respublikanın əhalisi əsasən Bakı və İstanbulda məskunlaşıb. İşsiz əhalidən təbii qaz və elektrik enerjisinin haqqı Bakı ilə eyni səviyyədə tələb edilir. Bunu mütləq azaltmaq lazımdır. İran ərazisi ilə ora yol hələ ki, açılmayıb. Təyyarə qiymətləri yenə də bahadır. Dövlət “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) subsidiya ayırsa da, gedib-gəlmək yenə də insanların maddi vəziyyətinə uyğun deyil”, – deyə o qeyd edib.