“Azsığorta” şirkəti “Azərsu” ilə məhkəmə çəkişməsində

“Azsığorta” ASC “Azərsu” ASC barəsində Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Banker.az-ın məlumatına görə, sığorta şirkəti “Azərsu” Açıq Səhmdar cəmiyyəti barəsində müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Sığorta müqaviləsi üzrə mübahisələrə görə müraciət edib.

İşə hakim Günay Namazovanın sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, Azərsu – Azərbaycanda su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər