14 C
Baku
Monday, October 28, 2024

“YouTube” yeni funksiyanı işə salır

“YouTube” hər saat yeniyetmələrə videoya fasilə vermənin vacibliyini xatırladacaq. Videohostinq 18 yaşdan kiçik istifadəçilər üçün “Take a Break” funksiyasını yeniləyib.

İndi 18 yaşdan kiçik istifadəçilər videoya və ya “Hekayələr”ə baxmağı dayandırmaq üçün hər 60 dəqiqədən bir ekran bildirişləri alacaqlar.

Eyni zamanda, gənc istifadəçilərin valideynləri parametrlərdə lazımi dəyişikliklər edə biləcəklər. Həmçinin, funksiya uşaq və yeniyetmələrə intihar, qidalanma pozğunluğu və s. haqqında sorğular əsasında məzmun almağa imkan verməyəcək.

Qeyd olunur ki, yenilənmiş funksiya “YouTube” tətbiqinin 13.17-dən yuxarı versiyalarında mövcuddur.

Son xəbərlər
Digər xəbərlər