Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı «Caspian Finance Bank Olmayan Kredit Təşkilatı» MMC-yə lisenziya verilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, «Caspian Finance BOKT»yə lisenziya 2023-cü ilin 25 oktyabr tarixində lisenziya təqdim edilib.
Xatırladaq ki, BOKT 2022-ci ilin noyabrında təsis edilib və hazırda 5 milyon manat nizamnamə kapitalı var.
BOKT-nin Müşahidə Şurasının sədri Məntiq Şahbazov Məşhur oğlu, Müşahidə Şurasının üzvləri İmam Qədimquliyev Eyyub oğlu və Salman Quliyev Əfqan oğludur.
BOKT-un direktoru Samir İsgəndərov Xangiz oğludur.
Bununla da AMB cari ildə ikinci BOKT-dir ki, ona lisenziya təqdim edir. Hazırda 53 lisenziyaya sahib olan BOKT var.