18 C
Baku
Friday, November 22, 2024

Dövlət Vergi Xidmətinin rəisi: “Kölgə iqtisadiyyatı”ndakı ağardılma sürətlənib”

Təhlillər göstərir ki, Azərbaycanda “kölgə iqtisadiyyatı”nda cəmlənmiş dövriyyələrin ağardılması sürətlənib.

Bunu İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Son dövrlər Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından ciddi dəyişikliklər edilib. Bu zaman əsas məqsəd daha liberal, praktiki, ünvanlı, sahibkarlığa, xüsusilə kiçik və orta biznesə dəstək verən qanunvericiliyin formalaşdırılması olub. Əldə olunan fiskal nəticələrdə, iqtisadi artımla yanaşı şəffaf münasibətlərin qurulması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, binzes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması konteksində atılan addımlar da böyük rol oynayıb”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər