5 C
Baku
Saturday, December 14, 2024

Almaniya miqrasiya problemlərini həll etmək üçün regionlara 18 milyard avro ayıracaq

“Almaniya hökuməti miqrasiya ilə bağlı problemlərin həlli üçün federal viləyətlərə və bələdiyyələrə 18 milyard avro ayıracaq”.

Bunu Almaniya kansleri Olaf Şolts “Mannheimer Morgen” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, miqrant yerləşdirilməsi və inteqrasiyası bütün dövlətlərin problemidir: “Təkcə bu il federal hökumət miqrasiya siyasəti problemlərini həll etmək üçün federal vilayətlərə və bələdiyyələrə təxminən 18 milyard avro yardım ayıracaq”.

O bildirib ki, hazırda Almaniyaya qeyri-qanuni yollarla çox sayda insan gəlir. Bununla əlaqədar olaraq, Almaniya hakimiyyəti ilkin mərhələdə sığınacaq verilməsi prosesini sürətləndirmək niyyətindədir ki, bu proses yarım il ərzində başa çatsın.

Almaniyanın əhalisi Ukraynadan miqrantlar və qaçqın axınına görə 2022-ci ildə kəskin artıb. “Bloomberg” agentliyinin verdiyi məlumata görə, Rusiya və Ukrayna arasında hərbi münaqişənin başlanmasından sonra 6,7 milyon ukraynalı Avropaya gedib. Onların əksəriyyəti hazırda Polşa və Almaniyadadır.

Son xəbərlər
Digər xəbərlər