Noyabrın 15-də İstanbulda Qəzza zolağındakı vəziyyətlə bağlı beynəlxalq toplantının keçirilməsi planlaşdırılır.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçirilən sammitində bildirib.
“Noyabrın 15-də İstanbulda Qəzza ilə bağlı beynəlxalq toplantı keçiriləcək”,- deyən Ərdoğan Türkiyənin böhranın həlli üçün diplomatik səylərini davam etdirəcəyini qeyd edib.