Oktyabr ayından başlayaraq çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub.
Banker.az xəbər verir ki, “ATV Xəbər” bu qərarın əmlak bazarına necə təsir edəcəyi ilə bağlı süjet hazırlayıb.
Ekspertlərin sözlərinə görə, yeni qərardan sonra əmlak bazarında çıxarışlı evlərin qiyməti artacaq.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, fərdi evlərin böyük əksəriyyətində çıxarışın olmaması həmin ərazilərə ünvanların verilməsində problem yaradır.
Ətraflı süjetdə: