19 C
Baku
Sunday, May 12, 2024

KİV: Rusiyada növbəti prezident seçkiləri gələn il martın 17-də keçiriləcək

Rusiya Federasiya Şurası prezident seçkilərinin tarixini dekabrın 13-də açıqlaya bilər.

Bu barədə Rusiyanın rəsmi mediası mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, prezident seçkilərinin 2024-cü il martın 17-də keçirilməsi ehtimal olunur.

Qeyd edək ki, 2020-ci ildə iyul ayında ölkə konstitusiyasına edilən dəyişikliklərlə bağlı keçirilən ümumxalqsəsverməsi-referendumun nəticələrinə görə, Rusiyada prezidentlik müddəti 4 ildən 6 ilə qaldırılıb. Eyni zamanda, hazırkı Prezident Vladimir Putinin əvvəlki prezidentlik müddəti sıfırlanıb. Bu isə Putinə növbəti dəfə dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürməyə imkan verir.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər