Oktyabrda ABŞ-da istehlak qiymətləri indeksi (CPI) illik müqayisədə 3.2% təşkil edib. Xatırladaq ki, sentyabrda bu göstərici 3.7% olub. Sentyabr ayı ilə müqayisədə ABŞ-da istehlak mallarının qiymətləri, aylıq artımın 0.1% olacağı gözlənilsə də, heç dəyişməyib.
Ərzaq və enerji istisna olmaqla, istehlak qiymət indeksinin aylıq artımının (0.2%) əsas amili mənzil kirayəsi qiymətləri olub. Ərzaq qiymətləri əvvəlki ayla müqayisədə 0.3% artıb, enerji istehlak qiymətləri indeksi isə 2.5% azalıb.
İnflyasiyanın gözlənilməz azalması çox güman ki, ABŞ Federal Ehtiyat Sisteminin dekabr ayında əsas faiz dərəcəsini artırması ehtimalını istisna edir. Noyabrın əvvəlində FED ardıcıl ikinci dəfə faiz dərəcələri 5.25-5.5% səviyyəsində saxlayıb.