Azərbaycan 2023-cü ilin ilk üç rübü ərzində xaricdən 98.8 min ton həcmində təzə kartof idxal edib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İdxalın miqdar həcmi illik müqayisədə 8 faiz azalıb. İdxal dəyəri isə illik müqayisədə 4 faiz azalaraq $27.24 mln. olub.
Kartof bu il daha çox Rusiyadan gətirilib. Məsələn, ilin ilk üç ayında 33.86 min ton Rusiyadan kartof alınıb və bunun da idxal dəyəri $8.49 mln. deməkdir. Bu, illik müqayisədə 5 dəfə artımdır.
İkinci sırada Belarusdur. Belarusdan 25.18 min tonluq və ya $7.87 mln.-luq kartof alınıb.
2023 Yanvar-sentyabr aylarında kartof idxalı | ||
Ölkə | Həcm, ton | Dəyər, min dollar |
Rusiya | 33,857.04 | 8,495.48 |
Belarus | 25,184.92 | 7,866.96 |
İran | 23,398.42 | 6,092.09 |
Pakistan | 9,718.19 | 3,016.89 |
Türkiyə | 4,323.57 | 1,133.98 |
Gürcüstan | 1,982.69 | 508.19 |
Ukrayna | 167.75 | 48.13 |
Cəmi | 98,808.89 | 27,238.05 |