13 C
Baku
Thursday, May 16, 2024

Məşhur tikinti şirkəti sahibinin məhkəməsi başlayır

Məşhur tikinti şirkəti “İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəzifəli şəxsləri barəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Eldar İsmayılovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, iş üzrə təqsirləndirilən şəxs qismində “İnşaat Konstruksiyaları” MMC-nin sahibi Rauf Əliyev, yaxın qohumu Rəsul Əhmədov və Zahir Nəcəfov istintaqa cəlb edilib. Onlar rəhbərlik etikləri şirkətlərdə vətəndaşları aldadaraq, mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz satmaqla əldə edilmiş pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan olunub.

İş üzrə 280-dən çox şəxs zərərçəkmiş kimi tanınıb.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər