-1 C
Baku
Sunday, December 15, 2024

“Instagram”da artıq videoları birbaşa yükləmək mümkündür

2023-cü ilin iyun ayında “Instagram” ABŞ-dan olan istifadəçilərə “Reels” videolarını yükləməyə icazə vermişdi, indi bu funksiya hər kəs üçün əlçatandır.

“TechCrunch” yazır ki, videonu yükləmək üçün altındakı “Paylaş” düyməsini kliklədikdən sonra açılan alt menyuda yükləmə düyməsini sıxmaq lazımdır.

Qeyd edək ki, yeni funksiyanı deaktiv də edə bilərsiniz. Bunun üçün “Ayarlar” bölməsində “Məhvilik” menyusuna keçin və müvafiq düyməni sıxın.

Yüklənmiş videoların üzərində müəllifin hesabının adı və “Instagram” loqosu olacaq. Xatırladaq ki, oxşar funksiya “TikTok”da da var.

Lisenziyalı musiqidən istifadə edilən kontenti yüklədikdə, endirilən videoda səs olmayacaq.

download 18

Son xəbərlər
Digər xəbərlər