Oktyabr ayında bankların kredit portfeli 0.8% və ya 177.8 mln. manat artaraq 22,459.7 mln. manat olub.
Banker.az xəbər verir ki, kredit portfelinin strukturu aşağıdakı kimidir:
ı) biznes kreditləri – 54.5% (12,246.4 mln. manat);
ıı) istehlak kreditləri – 30.1% (6,751.3 mln. manat) və
ııı) ipoteka kreditləri – 15.4% (3,462 mln. manat).
Ay ərzində biznes və istehlak kreditləri müvafiq olaraq 167.7 mln. manat (+1.4%) və 71.2
mln. manat (+1.1%) artmış, ipoteka kreditləri isə 61.1 mln. manat azalıb.
İpoteka portfelinin azalması bağlanmış bankla bağlı olmuşdur. İpoteka Fondunun vəsaitləri hesabına verilmiş portfel cari ilin noyabr ayının əvvələrində müvəkkil banklara ötürülüb.