Azərbaycanda təmassız (wireless) ödənişləri qəbul edən POS-teminalların payı 95%-i keçib, bu ilin əvvəlində 87% idi.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin ilk 10 ayı üzrə statistik bülleteninə istinadən xəbər verir.
Belə ki, 1 noyabr 2023-cü il tarixinə ölkədə 82 615 ədəd POS-terminal olub ki, bunun da 78 803 ədədi təmassız ödənişi qəbul edənlərdir.
Təmassız ödənişi qəbul edən POS-terminalların sayı ilin əvvəlində 69 599 ədəd idi və bu da ilin ilk 10 ayında 13 faiz artımdır.
Bu ödəniş vasitələrinin 79 852 ədədi pərakəndə ticarətdə istifadə edilir.
| POS-terminalların sayı | ||
| Cəmi | o cümlədən: təmassız ödənişləri qəbul edən | |
| CƏMİ | 82,615 | 78,803 |
| Bakı iqtisadi rayonu | 55,617 | 53,699 |
| Naxçıvan iqtisadi rayonu | 2,065 | 1,500 |
| Abşeron-Xızı iqtisadi rayonu | 5,012 | 4,772 |
| Dağlıq Şirvan iqtisadi rayonu | 1,245 | 1,196 |
| Gəncə-Daşkəsən iqtisadi rayonu | 3,161 | 3,007 |
| Qarabağ iqtisadi rayonu | 1,623 | 1,546 |
| Qazax-Tovuz iqtisadi rayonu | 1,776 | 1,677 |
| Quba-Xaçmaz iqtisadi rayonu | 2,519 | 2,382 |
| Lənkəran-Astara iqtisadi rayonu | 2,199 | 2,113 |
| Mərkəzi Aran iqtisadi rayonu | 2,306 | 2,220 |
| Mil-Muğan iqtisadi rayonu | 1,046 | 975 |
| Şəki-Zaqatala iqtisadi rayonu | 2,565 | 2,418 |
| Şərqi Zəngəzur iqtisadi rayonu | 53 | 40 |
| Şirvan-Salyan iqtisadi rayonu | 1,428 | 1,258 |







