10 C
Baku
Thursday, December 12, 2024

Levi Strauss – cinslərin ixtiraçısı

Levi Stauss (ing. Levi Strauss, 1829- 1902, əsl adı Leyb Ştrauss) –amerikalı iş adamı, “Levi Strauss & Co” kompaniyasının banisi və cinslərin ixtiraçısıdır. Leyb Ştrauss 26 fevral, 1829-cu ildə Bavariyada, Buttenxeymdə yəhudi ailəsində dünyaya göz açıb. 1845-ci ildə onun atası vərəm xəstəliyindən vəfat edir. 1847-ci ildə Leyb, anası və iki bacası ilə birlikdə ABŞ-a köçməli olurlar. 

ABŞ-da Leyb öz adını dəyişərək onu daha amerikansayağı etmək qərarına gəlir və onu “Levi” -yə çevirir (bəzən onun adı “Livay” kimi tələffüz olunur), həmçinin soyadının yazılışı dəyişir. Onun iki qardaşı (Jonas və Louis Lob) ABŞ-a daha bir neçə il öncə köçmüşdü və Nyu-Yorkda manufaktura ticarət ilə məşğul olurdu.

Levi Strauss ticarət biznesini öyrənməyə başlayır və 1848-ci ildə Kentukkiyə yola düşür. Kentukkidə o, kommivoyajör (xarici ölkələrdə: ticarət agenti) kimi işləyir, qalantereya malları və müxtəlif alətlər satır. 1849-cu ildə Kaliforniyada qızıl yatağı kəşf olunur. Bu zaman “qızıl hərisliyi” adlanan dövr başlayır. Minlərlə adam ABŞ-ın qərb sahillərinə üz tutur.

Levi Strauss and Blue Jeans

1853-cü ildə Strauss gəmi ilə öz qardaşlarının məhsulunu San-Fransiskoya daşıyır. Bütün mallar hələ gəmidə ikən, limana daxil olmadan satılıb-qurtarır. Yalnız parusin (möhkəm kətan) parçalar qalır. Strauss dərziyə bellə parçadan şalvar tikməyi sifariş edir. Şalvarları dərhal alırlar. Levi və onun kürəkəni Devid Stern San-Fransiskoda qalantereya dükanı açırlar. 1853-cü ildə Strauss «Levi Strauss & Co.» kompaniyasının əsasın qoyur. Parusinlərlə yanaşı şalvarları daha yumşaq fransız parçasından da tikməyə başlayırlar və parçaya “de Nim” (Cənibu Fransada yerləşən Nim şəhərinin şərəfinə, parçalar əvvəlcədən məhz bu şəhərdə hazırlanırdı).

20 may, 1873-cü ildə Strauss və Rusiya imperiyasının emiqrantı Ceykob Devis ciblərinin üzərində metal işləmələr (pərçimlər) olan şalvarların istehsalına patent alırlar. Elə ilk il ərzində Strauss 21000 ədəd üzərində mis işləmələr (pərçimlər) olan şalvar və gödəkcə satır.

Levi Strauss 26 sentyabrı 1902-ci ildə rəhmətə gedir. Vəsiyyətə əsasən «Levi Strauss & Co.» kompaniyası onun qardaş (bacı) uşaqlarına miras qalır.

Son xəbərlər
Digər xəbərlər