13 C
Baku
Friday, November 22, 2024

Çin altı ölkə üçün vizasız rejimi testdən keçirir

Cari ilin dekabrından 2024-cü il noyabrın 30-dək Fransa, Almaniya, İtaliya, Niderland, İspaniya və Malayziyanın adi pasportuna sahib olan vətəndaşlar vizasız 15 günədək Çinə səyahət edə və ya bu ölkədə bizneslə əlaqədar iş apara bilərlər.

Bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Çin Fransa, Almaniya, İtaliya, Niderland, İspaniya və Malayziya ilə birtərəfli vizasız rejimdə sınaq məqsədilə ölkələr dairəsini genişləndirmək qərarına gəlib. Bu, Çinin yüksəkkeyfiyyətli inkişafına və açıqlığına kömək edəcək”, – deyə XİN-in mətbuat katibi Mao Nin bəyan edib.

Hazırda Çinə səfər etmək üçün səyahətçilərin əksəriyyətinə viza zəruridir.

Son xəbərlər
Digər xəbərlər