Salyan rayonunun Kərimbəyli kənd H.Şahbazov adına tam orta məktəbində pozuntular aşkarlanıb.
Şirvan-Salyan Regional Təhsil İdarəsindən bildirilib ki, idarə tərəfindən orta məktəbdə aparılmış monitorinq zamanı ciddi nöqsanlar aşkar edilib. Monitorinq zamanı məktəbdə əmək qanunvericiliyinin, digər normativ hüquqi aktların və maliyyə pozuntusunun aşkarlandığı bildirilib.
Məsələyə hüquqi qiymət verilməsi üçün Salyan rayon prokurorluğunda müvafiq araşdırmaya başlanıb.
Məktəbin direktoru Ramil Zeynalov Regional Təhsil İdarəsinə rəsmi ərizə ilə müraciət edərək tutduğu vəzifədən azad olunmasını istəyib.