“Bundan sonra kollec rəhbərlərinin əmək müqaviləsi bizim agentliklə imzalanacaq”.
Bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda deyib.
O qeyd edib ki, hazırda bütün kolleclərin rəhbər vəzifələri doludur və onlar da bundan sonra işləri davam etdirəcək.
Ülkər Səttarovanın sözlərinə görə, gələcəkdə kimsə işdən müəyyən səbəblərə görə ayrıla bilər: “Sadəcə bundan sonra kollec rəhbərlərinin əmək müqaviləsi bizim agentliklə imzalanacaq. Bu istiqamətdə hüquqşünas və mütəxəssislərimiz iş görür”.