14 C
Baku
Sunday, November 24, 2024

Ərdoğanla Rəisi arasında telefon danışığı olub

İran Prezidenti İbrahim Rəisi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə İran Prezidentinin saytında məlumat verilib.

Telefon danışığı zamanı Rəisi İran və Türkiyə arasında birgə əməkdaşlığın müsəlman ölkələri arasında qarşılıqlı fəaliyyət modeli ola biləcəyini bildirib.

Rəisi əlavə edib ki, Qəzza xalqı HAMAS vasitəsilə Qəzzanın gələcəyi üçün qərar verməlidir. ABŞ-ın müdaxilə etməyə və qərarlar verməyə haqqı yoxdur. ABŞ-ın müdaxiləsi uğursuzluğa məhkumdur.

Ərdoğan Tehran və Ankara arasındakı yaxşı və konstruktiv münasibətlərə toxunaraq bu münasibətləri imtiyazlı və müstəsna səviyyəyə qaldırmaq səylərini vurğulayıb.

O, həmçinin, ölkəsinin iki ölkə arasında Ali Əməkdaşlıq Şurasının iclasını keçirməyə hazır olduğunu bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər