7 C
Baku
Thursday, December 12, 2024

“Politico” ilin ən nüfuzlu siyasətçilərinin reytinqini dərc edib

“Politico” gələn il “Avropanın siyasi həyatını formalaşdıracaq” 28 siyasətinin ənənəvi siyahısını dərc edib. Siyahıda olanlar üç kateqoriyaya bölünüb: “edənlər” (doers), “xəyalpərəstlər” (dreamers) və “məhv edənlər” (disruptor). Sonuncu kateqoriyada birinci yeri Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina tutub.

“Nabiullinanın aqressiv pul siyasəti dəfələrlə rublu xilas edib və ölkə iqtisadiyyatını ayaqda saxlayıb. <…> Mərkəzi Bankın rəhbəri həm də Qərb sanksiyalarının nəticələrinin qarşısını ala bilib”, – nəşr yazır.

“Məhv edənlər” kateqoriyasında həmçinin kataloniyalı jurnalist və siyasətçi Karles Puçdemon, Macarıstanın baş naziri Viktor Orban, Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Barbok, Avropa Xalq Partiyasının (Avropa Parlamentində) lideri Manfred Veber, belçikalı siyasətçi və yazıçı Tom Van Qriken, litvalı diplomat Jovita Nelyupsiene, gürcü siyasətçisi və keçmiş baş nazir Bidzina İvanişvili və Almaniyanın Alternativ Partiyasının üzvü Byorn Höke daxil olub.

“Xəyalpərəstlər” kateqoriyasında birinci yeri Ukrayna prezidenti Volodimir Zelenski tutub. “Politico” onu tarixin gedişatını təkbaşına dəyişdirməyi bacaran Uinston Çörçill, Martin Lüter Kinq və Nelson Mandela ilə müqayisə edir. Nəşr qeyd edir ki, Ukrayna məhz onun səyləri ilə Qərb müttəfiqlərindən silah almağa davam edir.

“Xəyalpərəstlər” kateqoriyasına həmçinin rusiyalı müxalifətçi Aleksey Navalnı, Çexiya prezidenti Petr Pavel, Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax və başqaları daxil edilib.

“Edənlər” kateqoriyasında siyahıya İtaliyanın baş naziri Corc Meloni başçılıq edir, onun ardınca Avropa Komissiyasının rəhbəri Ursula Von Der Leyen, Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak qərarlaşıb.

Xatırladaq ki, bu il Avropanın “ən nüfuzlu adamı” Polşanın “Vətəndaş Koalisiyasının” lideri Donald Task olub. O, 2007-2014-cü illərdə ölkənin baş naziri, 2014-2019-cu illərdə isə Avropa Şurasının prezidenti olub.

Son xəbərlər
Digər xəbərlər