Rusiya Ermənistana qaz tədarükünü müvəqqəti dayandıracaq

Rusiya sentyabrın 15-dən 25-dək Ermənistana təbii qaz tədarükünü müvəqqəti dayandıracaq.

Banker.az-ın RBK-ya istinadən yazdığına görə, buna “Şimali Qafqaz — Zaqafqaziya” magistral qaz kəmərinin Rusiya ərazisində planlı təmir və profilaktika işləri səbəb olub.

“Gazprom Armenia” bildirib ki, bu müddətdə ölkə daxilində qaz təchizatında məhdudiyyət gözlənilmir. Tələbat daxili ehtiyatlar və İrandan əlavə qaz tədarükü hesabına qarşılanacaq.

Ermənistan qaz tələbatının əsas hissəsini Rusiyadan təmin edir. 2025-ci ildə “Gazprom” ölkəyə təxminən 2,7 milyard kubmetr qaz tədarük edib. İrandan isə “qaz müqabilində elektrik enerjisi” proqramı çərçivəsində ildə təxminən 476 milyon kubmetr qaz daxil olur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər