12 C
Baku
Saturday, November 23, 2024

Ünvanlı sosial yardım məbləği hansı rayonlarda daha yüksəkdir?

2023-cü il oktyabrın 1-i vəziyyətinə 66.1 min aztəminatlı ailənin 283.9 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 111.28 manat təşkil
edib.

Banker.az açıqlanan rəsmi statistikaya istinadən bildirir.

Rayonlar üzrə 1 nəfərə düşən ən çox sosial yardım məbləği Oğuzdadır. Bu rayonda aylıq ünvanlı dövlət sosial yardımın məbləği 118 manat 70 qəpik təşkil edir. Oğuzdan sonra ən yüksək orta aylıq dövlət sosial yardımı Qobustan rayonunda  verilib. Bu rayonda orta aylıq ünvanlı dövlət sosial yardımın məbləği 116 manat 94 qəpik olub.

Qobustan rayonundan sonra ən yüksək sosial yardımın verildiyi şəhər və rayonlar arasında Balakən (115.07 manat), Cəlilabad (114.75 manat), Ağstafa (114.33 manat), İsmayıllı (114.05 manat), Samux rayonu (113.86 manat), Zaqatala və Şəmkir (113.79 manat), Lerik və Xızı (113.74 manat), Göyçay (113.53 manat) ilk onluqda yer alıblar.

Sosial yardım alanlara verilən ən aşağı məbləğ Füzuli rayonu (106.30 manat), Şirvan şəhəri (106.75 manat) və Cəbrayıl rayonunda (106.78 manat) qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər