7 C
Baku
Sunday, December 15, 2024

Azər Türk Bank “atb friday” kampaniyasını davam etdirir

®Dövlət bankı Azər Türk Bank bu günlərdə başladığı “atb friday” kampaniyası çərçivəsində fiziki şəxslərə illik faiz dərəcəsi 11,5%-dən başlayan istehlak kreditləri təklif edir.

Eləcədə 24, 36, 48 ay müddətinədək verilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq, 13,5%, 14%, 15% səviyyəsində müəyyən edilmişdir.

24 ayadək götürülən kreditlər üzrə komissiya tutulmayacaqdır.

Hər bir şəxs, özünün orta aylıq xalis gəlirindən asılı olaraq, 30 000 manatadək zaminsiz kredit əldə edə bilər.

Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.

Həmçinin “atb friday”  günlərində Bankın atb card debet və yeni nəsil əməkhaqqı kartı sahibləri geyim və aksessuar, elektronika mağazalarında, əyləncə mərkəzlərində Google Pay və Apple Pay vasitəsilə təmassız ödənişlər zamanı 5% həcmində cashback əldə edəcəklər.

“atb friday” kampaniyası cari ilin 6 dekabr daxil olmaqla həmin tarixədək davam edəcəkdir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər