Bakı Gəmiqayırma Zavodunda yeni gəmilərin tikintisi və Xəzər dənizindən kənar su hövzələrində fəaliyyəti təmin edəcək gəmilərin alınması ilə bağlı qərar qəbul edilib.
Banker.az xəbər verir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) iclasında Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən iclasda məlumat verilib.
Bildirilib ki, Cəmiyyətin 2024-2026-cı illəri əhatə edən investisiya fəaliyyəti, o cümlədən Gəmiçiliyin donanmasının yenilənməsi və Transxəzər marşrutu ilə daşımaların artan həcminin qarşılanması məqsədilə Gəmiçilik tərəfindən Bakı Gəmiqayırma Zavodunda yeni gəmilərin tikintisi və Xəzər dənizindən kənar su hövzələrində fəaliyyəti təmin edəcək gəmilərin alınması ilə bağlı investisiya fəaliyyətinin maliyyələşdirilməsi strategiyası müzakirə edilərək müvafiq qərar qəbul edilib.A